Dələduzluqda təqsirləndirilən sabiq bələdiyyə sədrinə hökm oxundu


  • 15:57

Dələduzluqda təqsirləndirilən sabiq bələdiyyə sədri Akif Məhərrəmova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, Saatlı Rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Məhərrəmov 1 il, 06 ay müddətə bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında dərhal həbs edilib.

İttihama görə, 1963-cü il təvəllüdlü A.Məhərrəmov Saatlı rayonu, Sarıcalar bələdiyyəsinin sədri işlədiyi dövrdə bələdiyyəyə məxsus torpaq sahələrinin sənədləşdirilməsi məsələsini həll edəcəyi barədə vəd verərək kənd sakinlərindən pul alıb. O iki nəfər qarşı oxşar əməli törədərək, ümumilikdə 4900 manat pul vəsaitini ələ keçirib. A.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər