Prokuror 133 minlik dələduzluqda təqsirləndirilən şəxsə cəza istədi


  • 11:43

Külli miqdarda dələduzluqda təqsirləndirilən Əlizamin Mayılov barəsində məhkəmə iclasının növbəti prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Dövlət ittihamçısı Ə. Mayılovun 7 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini, barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə daha ağır cəzanın verilməsini istəyib. O bildirib ki, dəymiş zərər qarşılanmayıb.

Təqsirləndirilən şəxsin yeni təyin olunmuş vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 24 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Ə.Mayılov 133 min manat dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər