Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirildi - FOTO - YENİLƏNDİ


  • 14:35

Sentyabrın 21-də Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 355 nəfərdən 2 nəfər imtahana gəlməyib. 160 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 – 25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

***

11:15

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.

E-huquq.az xəbər verir ki, bu gün 353 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilir.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.

Oxşar xəbərlər