Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam veriləcək


  • 10 Oktyabr 12:31

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb.

E-huquq.az xəbər verir ki, Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib.

Şuradan verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”.

mənbə (Gununsesi.info)

Oxşar xəbərlər