Ali Məhkəmə dələduzluqda təqsirləndirilən şəxslə bağlı qərarı qüvvədə saxladı


  • 10 Oktyabr 16:00

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Rahib Nağdalıyev barəsində olan hökmdən verilən kassasiya protestinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin cəzasını 2 ay azaldıb.

Qeyd edək ki, Rahib Nağdalıyev 12 nəfər zərərçəkmişə "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirərək həmin şəxslərə biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib. R. Nağdalıyev bu yolla zərərçəkmişlərdən 2020-2022-ci illərdə paytaxt ərazisində ümumilikdə 546 100 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Humay Eminqızı

Oxşar xəbərlər