“Məhkəmə hakimiyyəti cəmiyyətin fundamental dəyərlərinin keşiyində dayanan qarantdır” - Fərid Əhmədov


  • 17:59

“Bu gün məhkəmə hakimiyəti cəmiyyətin fundamental dəyərlərinin keşiyində dayanan qarantdır”.

E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclasında deyib.

“Təbii ki, qərarların qəbul edilməsində məhkəmə hakimiyəti hər hansı səhvlərdən qoruyur, bizim üzərimizə düşən vəzifənin icrasında bizi istiqamətləndirir. Ədalət o zaman zəfər çala bilər ki, o hər hansı bir fəaliyyətin mərkəzində dayanan bünövrə kimi götürülsün. Bu gün Azərbaycanda qanunvericilik, məhkəmə və icraedici hakimiyət arasında əməkdaşlıq var. Bu əməkdaşlıqda ədalət mühakiməsinin ortaya qoyulması vacib götürülür".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər