Hüquqşünas olmayanlar da məhkəmə iclas katibi ola biləcək - YENİLİK


  • 09:40

Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir.

E-huquq.az xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin bəzi bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, müvafiq vəzifənin öhdəlikləri, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Belə ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Bu dəyişiklik aşağıdakı məqsədlərə xidmət edir:

- Kadr potensialının genişləndirilməsi: Bölgələrdə işçi çatışmazlığının aradan qaldırılması və məhkəmələrin fasiləsiz fəaliyyətinin təmin olunması.

- Məhkəmə proseslərinin effektivliyinin artırılması: İş yükünün daha ədalətli bölünməsi və iclasların təşkilati dəstəyinin gücləndirilməsi.

- Gənclərin məhkəmə sisteminə cəlb edilməsi: Humanitar və sosial sahələr üzrə ali təhsil almış şəxslərin dövlət qulluğu və məhkəmə fəaliyyətinə inteqrasiyasına dəstək.

- İnzibati idarəetmə keyfiyyətinin yüksəldilməsi: Dil, kommunikasiya, analitik təfəkkür və təşkilati bacarıqlar üzrə üstünlüklərə malik kadrların məhkəmələrin gündəlik fəaliyyətinə cəlb olunması.

Qeyd edək ki, indiyədək məhkəmə iclas katibi vəzifəsinə yalnız “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər müraciət edə bilirdilər. Yeni mexanizm daha çevik və inklüziv kadr siyasətinin həyata keçirilməsinə imkan verəcək və məhkəmə sistemində insan resurslarının inkişafına mühüm töhfə verəcək.

Oxşar xəbərlər