Çilinin O’Higgins bölgəsində baş verən qasırğa nəticəsində təxminən 70 evə ziyan dəyib, bir nəfər isə yüngül xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii hadisə O’Higgins bölgəsinin Rekinoa kommunasında qeydə alınıb.
Çili Meteorologiya İdarəsinin ilkin qiymətləndirməsinə əsasən, qasırğa EF2 kateqoriyasına aid edilib. Onun sürətinin saatda 179-218 kilometrə çatdığı ehtimal olunur.
Elektrik enerjisinin verilməsində yaranan fasilələr səbəbindən bölgədə minlərlə abonent işıqsız qalıb.
Hazırda hərbçilər və yerli sakinlər ərazidə təmizlik və dağıntıların aradan qaldırılması işlərini davam etdirirlər.


Şəbnəm Mehdizadə
