Bakı İnzibati Məhkəməsi yeni binaya köçürüldü


  • 20 Noyabr 2025 11:07

Bakı İnzibati Məhkəməsi yeni binaya köçürülüb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, məhkəmə artıq yeni ünvanda - Bakı şəhəri, Təbriz küçəsi 29 ünvanında fəaliyyət göstərir.

Qeyd edək ki, bir müddət öncə Keçmiş Təfəkkür Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası icarə müqaviləsi əsasında daimi istifadə üçün Bakı İnzibati Məhkəməsinə verilmişdi. Binada təmir işləri aparılmış, inventar və avadanlıqlarla təchizolunma prosesi həyata keçirilmişdi.

Humay Eminqızı

Oxşar xəbərlər