- 11:07
"2026-cı ilin büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanması xərclərinə 2025-ci illə müqayisədə 4,7 faiz daha çox vəsait ayrılıb".
E-huquq.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, həmin orqanların maddi-texniki təminatlarının daha da yaxşılaşdırılması və işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkili ilə bağlı təyin olunan vəsait gələn ilin büdcəsində nəzərə alınıb.
Deputat qeyd edib ki, qısa zamanda işğaldan azad olunmuş ərazilərdə prokurorluğun, polisin, ədliyyə orqanlarının xidməti binaları ya yüksək səviyyədə təmir olunmuş, ya da yeniləri tikilibdir.
Şəbnəm Mehdizadə