- 16:36
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək.
Bu barərə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanmış 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108) yazılı imtahan keçiriləcək.
Bununla əlaqədar namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62