- 2 Dekabr 20:08
Külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, H. Abbasın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkillərin çıxışından sonra təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini və ona bəraət verilməyini məhkəmədən xahiş edib.
Hökmə əsasən, A.Hətəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən A.Hətəmov 2020-ci ildə də dələduzluğa görə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə A.Hətəmov özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan 21 min manat pul alıb.
A.Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.
Həmçinin A.Hətəmov Gültəkin Rəhimovadan 67,2 kvadrat metr mənzil üçün 2024-cü il avqustun 13-də 101 min 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı