Prokuror iş yoldaşının qətlində təqsirləndirilən şəxsə cəza istədi


  • 12:46

Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədirliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşmağı barədə qərar qəbul edilib və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı Şahlar Ağayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 12 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Humay Eminqızı

Oxşar xəbərlər