Emil Ağacanov hakim qarşısında - Bakıda səs-küylü qətl işi


  • 15:16

Bakıda tanışını anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan Emil Ağacanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq o psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.

İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İlkin baxış iclası 8 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yadamal rayonunda qeydə alınıb.

Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Onu da qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.

Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər