- 17:48
Sələmçini qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Vəliyevin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, E.Vəliyev daha öncə azadlığın məhdudlaşdırılması ilə məhkum olunub.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Habil Quliyev çıxış edir.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
İlkin baxış iclası 12 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə 5 sentyabr 2025-ci ildə baş verib. 1969 cu il təvəllüdlü E.Vəliyev Təravət Cəfərxanovaya 23 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Məlum olub ki, T.Cəfərova sələmçi olub, E.Vəliyev isə ondan sələmə pul götürüb.
E.Vəliyevə Cinayət Məcəlləsinin 120.2.4- cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;) və 120.2.5-ci maddəsi (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) üzrə cinayət işi açılıb.
Humay Eminqızı