Tanışının qətlində ittiham olunan şəxs hakim qarşısında


  • 17:48

Bakıda qətl törətməkdə təqsirləndirilən Rasif Xəlilovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin digər iclasları qapalı keçiriləcək.

İlkin baxış iclası 7 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Rasif Xəlilov 1982-ci il təvəllüdlü Ayxan Mustafayevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsində baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər