Əli Kərimlinin mühafizəçisinin məhkəməsi başladı


  • 5 Yanvar 11:30

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin iş materialları ilə tanış olması və vəkilin iclasda iştirak etməməsi səbəbindən hazırlıq iclası 14 yanvar tarixinə təxirə salınıb.

Qeyd edək ki, Novruz Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (Rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə yekun ittiham irəli sürülüb.

İttihama görə, o ev alqı-satqısında vasitəçiliklə məşğul olarkən mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat alıb, lakin vədinə əməl etməyib.

Humay Eminqızı

Oxşar xəbərlər