- 15:19
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, R.İsmayıov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Rövşən İsmayılov idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə hərəkətdə olarkən piyada Səbuhə Mahmudovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. R.İsmayılova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə