- 15:19
"Avro Qrand" MMC-nin rəhbəri, tanınmış iş adamı Xanlar Cəfərov həbsdə vəfat edib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, o, yanvarın 1-də müalicə olunduğu tibb müəssissində vəfat edib.
Xatırladaq ki, X.Cəfərov 2025-ci ilin noyabr ayında Cinayət Məcəlləsinin 178-ci maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bir mənzili bir neçə şəxsə sataraq dələduzluq etməkdə ittiham olunurdu.
Qeyd edək ki, X.Cəfərov 2014-cü ildən 2019-cu ilədək mənzil kooperativ tikinti ilə məşqul olan "Avro Qrand" MMC-nin rəhbəri olub.
Humay Eminqızı