Qardaşı arvadının öldüyü qəzaya görə 3 il 6 ay cəza aldı


  • 8 Yanvar 11:40

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hikmət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əlumatına görə, Xəzər Rayon məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, H.İsgəndərov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 18 iyul 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı şossesində qeydə alınıb. Belə ki, H.İsgəndərovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil yolun kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücü 1979-cu il təvəllüdlü H.İsgəndərov və onun qardaşı qızı, avtomobildə sərnişin qismində əyləşmiş 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər alıblar. H.İsgəndərovun qardaşı arvadı 1980-ci il təvəllüdlü Azadə İsgəndərova isə hadisə yerində ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər