Mərhum dayısının evindən oğurluq etdi


  • 8 Yanvar 12:59

Ağcəbədidə 18 yaşlı gənc mərhum dayısının evindən oğurluq edib.

E-huquq.az-ın məlumatına görə, məlum oldub ki, 2007-ci il təvəllüdlü Ruslan Vəliyev (şərti ad-soyad) dayısının evinə qanunsuz daxil olub. Evin sahibsiz qalmasından istifadə edərək mənzilin yataq otağındakı sandığı açaraq içindəki bir 3 litr həcmli şüşə balon və balonun içindəki 4500 manat pulu oğurlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunub.

Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirib ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır və rəsmi işləmir, fərdi işlə məşğuldur. Zərərçəkmiş onun dayısının arvadıdır. Dayısı 2016-cı ildə vəfat edib. Onlar yaxın qonşudurlar və tez-tez bir-birinin evinə gedib-gəliblər.

R.Vəliyev bildirib ki, həmin gün evin boş olduğunu anlayıb və oğurluq etməyə qərar verib. Saat 14:00 radələrində məclis gedən zaman evdən çıxaraq həmin evə gedib. Həyət qapısında kilid olsa da, açarla qapını açaraq içəri daxil olub. Əvvəlcə qonaq otağında şkafa baxıb, amma pul tapa bilməyib. Sonra yataq otaqlarındakı şkaflara baxıb, yenə pul tapmayıb. Sonda digər yataq otağında sandığı görüb, sandığı açaraq içində iki 3 kiloqramlıq balon tapıb. Balonların üzəri sellofanla örtülü imiş və içində pul olub. O bir balonu götürüb, pulun ona kifayət edəcəyini düşünüb. Balonun içindəki pulları şalvarının və gödəkcəsinin cibinə qoyub. Sonra həyətdən çıxaraq evinə dönüb. Oğurladığı pul təxminən 4500 manat olub və növbəti 3-4 gün ərzində şəxsi ehtiyacına xərcləyib. Sonradan zərərçəkmiş şəxs bütün ziyanı ödəyib.

Məhkəmənin hökmü ilə ona 2 il müddətə azadlığın məhdudlaşdırması cəzası (elektron qolbaq) təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər