Qarabağ qazisi pirotexniki vasitələr satdığı üçün cərimələndi


  • 8 Yanvar 13:27

Ağstafada pirotexniki vasitələrin qanunsuz satşında günahlandırılan Qarabağ müharibəsi qazisi Elşən Dadaşov (şərti ad-soyad) cərimə olunub.

E-huquq.az-ın məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunub.

Protokolda qeyd olunub ki, E.Dadaşov Ağstafa rayonu Xətai kəndində istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələri qanunsuz satıb.

Məhkəmə iclasında iştirak edən E.Dadaşov özünü təqsirli hesab edib və bildirib ki, o, 3-cü qrup əlil və Qarabağ müharibəsi qazisidir. Əmək qabiliyyəti yoxdur və pirotexniki vasitələri satmaqla ailəsinin maddi ehtiyaclarını qarşılamaq istəyib. Satışın qanunsuz olduğunu bilməyib və əməlindən peşmandır. O, bunların nəzərə alınmasını xahiş edib.

Ağstafa Rayon Məhkəməsi onun 350 manat məbləğdə inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər