Borclarını ödəmək üçün atasının telefonunu oğurladı


  • 8 Yanvar 13:57

Bakıda 23 yaşlı gənc borclarını ödəmək üçün oğurluq edib.

E-huquq.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü Kamran Rəsulov (şərti ad-soyad) Paytaxtın Nizami rayonu Xalqlar metrosu yaxınlığında zərərçəmişə məxsus 10 kq fındıq və 5 kq ləpəsini, həmçinin yaşadıqları mənzildə atasına məxsus "Samsung A23" markalı mobil telefonu oğurlayıb.

O, Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında deyib ki, 271 manat borcu olub və borcunu ödəmək üçün bu yola əl atıb.

K.Rəsulovun atası oğlunun cəzalandırılmasını istəyib: "O, elə avara-avara gəzir, işləmir. 311 manat da maaşımı kartdan götürüb. Qoy 3-4 ay qalıb zülm çəksin".

Məhkəmənin qərraına əsasən K.Rəsulov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və onun barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər