- 9 Yanvar 17:30
Ağcaədidə 45 yaşlı kişi küçədə həyat yokldaşına xəsarət yetirib.
E-huquq.az-ın məlumatına görə, hadisə Ağcabədi şəhəri H.Əliyev prospektində baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü Nizami Dadaşov (şərti ad-soyad) küçədə həyat yoldaşı Gülnar Dadaşova (şərti ad-soyad) ilə mübahisə edib. Mübahisə zamanı N.Dadaşov həyat yoldaşını döyərək ona xəsarət yetirib.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
Məhkəmənin qərarına əsasən, N.Dadaşov 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Şəbnəm Mehdizadə