- 9 Yanvar 17:30
Bakıda piyadanın ölümüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ərkan Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Şıxəliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində qeydə alınıb. Belə ki, Ə.Şıxəliyev idarə etdiyi “İsuzu” markalı yük avtomobili hərəkətdə olarkən piyada İlahə Əhmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən təcili tibbi yardım maşınında ölüb. Ə.Şıxəliyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Şəbnəm Mehdizadə