"Sən necə kişisən?" sözünə görə arvadını döydü - Məhkəməlik oldu


  • 9 Yanvar 11:56

Bakıda azyaşlının məktəbə getmək istəməsi valideynləri arasında münaqişəyə səbəb olub.

E-huquq.az-ın məlumatına görə, Vasif Babayev (şərti ad-soyad) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evində həyat yoldaşı Fidan Babayeva (ad-soyad şərti) ilə mübahisə edib. Mübahisə həyat yoldaşının ona qarşı nalayiq ifadə işlətməsinə görə başlayıb. Bu zaman Vasif Fidanı vurub. Nəticədə Fidan xəsarət alıb.

Qadın hadisə ilə bağlı polisə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Sabunçu Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında V.Babayev deyib ki, 15 il əvvəl ailə həyatı qurub və bu nikahdan iki övladları olub. Əvvəlki illərdə münasibətləri yaxşı olsa da, son 5 ildə mütəmadi olaraq mübahisələr yaranıb. Oğlu Eminin səhhətində problemlər olub. Hadisə günü Fidan Eminin məktəbə getmədiyinə görə ərinə irad tutub. O, həyat yoldaşına "sən necə kişisən, uşağa bir söz deyə bilmirsən?" deyib. Bu sözlərdən sonra Vasif əsəbiləşib və həyat yoldaşına vurub.

F.Babayevə də bildirib ki, əvvəllər münasibətləri yaxşı olub, lakin son illərdə mübahisələr yaşayıblar. Oğlu Emin oxumaq istəmir və dərslərini etməməkdə israrlıdır. Həyat yoldaşına bu barədə narazılığını bildirdikdə Vasif qəzəblənib və ona vurub.

Məhkəmənin qərarına əsasən, V.Babayevə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 5 ay müddətinə islah işləri cəzası təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər