İçkiyə pulu olmadığına görə söyüş söydü - Həbs edildi


  • 10:41

Şəmkirdə xuliqanlıq edən kişi həbs olunub.

E-huquq.az-ın məlumatına görə, 58 yaşlı Tahir Xaliqov (şərti ad-soyad) spirtli içki içmək istəyib, amma pulu olmadığı üçün əsəbiləşib və küçədə yüksək səslə öz-özünə söyüşlər söyüb. Polis əməkdaşları ona yaxınlaşıb, o isə əsəbləşərək polis əməkdaşlarına da nalayiq sözlər deyib.

T.Xaliqov deyib ki, 3-4 aydır spirtli içkisiz yaşaya bilmir və içki tapmadıqda öz hərəkətlərini idarə etməkdə çətinlik çəkir. Bu səbəbdən o, insanlara hədə-qorxu gəlir və içki alması üçün təzyiq göstərir.

Onun sözlərinə görə, heç bir yerdə işləmir, çünki əvvəllər Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə 10 ildən çox cəza alıb və azadlığa buraxılmasından sonra iş tapa bilmir. Buna görə də spirtli içki aludəçisidir.

Şəmkir Rayon Məhkəməsinin qərarına əsasən, T.Xaliqov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər