- 12:39
Şəkidə aliment borcunu ödəməyən iki uşaq atası həbs olunub.
E-huquq.az-ın məlumatına görə, Şəki rayonu Baş Zəyzid kəndi sakini 1998-ci il təvəllüdlü Cavidan Babayev (şərti ad-soyad) İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibatı məsuliyyətə cəlb olunub.
Məlum olub ki, icra sənədinə əsasən C.Babayev iki azyaşlı uşaq üçün aylıq cəmi 300 manat aliment ödəməlidir. İcra sənədi 2022-ci ildən icradadır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment ödənişi həyata keçirilməyib və hazırda borc 9 000 manat təşkil edir.
Borclu icra məmurunun tələblərini yerinə yetirməyib, çağırışlara gəlməyib və ünvan üzrə tapılmadığı üçün axtarışa verilib.
C.Babayev izahatında işləmədiyini, atasının xəstə olduğunu və yalnız 500 manat ödəyə biləcəyini bildirib.
Məhkəmənin qəraına əsasən, o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Şəbnəm Mehdizadə