- 12:39
"OBA Market"də kassada növbə üstündə dava salan şəxs cərimə olunub.
E-huquq.az-ın əlumatına görə, Şirvan şəhəri H.Əliyev prospektində yerləşən "OBA Market"də baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Toğrul Qasımov (şərti ad-soyad) tanımadığı şəxslə kassada növbəyə görə mübahisə edib. O, ucadan səs-küy salmaqla ictimai qaydanı pozub, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib.
Məhkəmənin qərarına əsaəsn, o, 200 manat miqdarında cərimə edilib və bir gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 manat azaldılıb və qəti olaraq barəsində 150 əlli manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Şəbnəm Mehdizadə