- 12:39
Şamaxıda Pirsaat çayının mühafizə zolağında su obyektini özbaşına tutaraq süni göl yaradan şəxs cərimə olunub.
E-huquq.az-ın məlumatına görə, 1982-ci ildə Şamaxı rayonu, Sabir qəsəbəsi sakini Anar Həsənov (şərti ad-soyad) İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunub. Bu barədə inzibati xəta protokolu Şamaxı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında A.Həsənov izahat verib. O bildirib ki, çayın kənarında evi var və qazla ördək saxlayır. Quşların su içməsi üçün çayın qabağını kəsib və 10-15 gün ərzində yaxşı su gəlməyə başlayıb. Bu səbəbdən də süni göl yaranıb. A.Həsənov bu addımın qanunsuz olduğunu və ya bunun üçün icazə almaq lazım olduğunu bilmədiyini qeyd edib və məhkəmədən bunu nəzərə almasını xahiş edib.
İş materiallarında göstərilən məlumata görə, 28 noyabr 2025-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində müəyyən edilmiş koordinatlarda su obyektinin özbaşına tutulduğu və süni göl yaradıldığı təsdiqlənib.
Məhkəmənin qərraına əsasən, A.Həsənov 700 manat məbləğində cərimə edilib.
Şəbnəm Mehdizadə