- 14:05
Sosial şəbəkədə polisə qarşı xoşagəlməz ifadələr işlədən şəxs cərimə olunub.
E-huquq.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü İsmayıllı rayonu Mican kənd sakini Ruslan Nağıyev (şərti ad-soyad) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib olunub.
İnzibati xəta haqqında materiala İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, Ruslan sosial şəbəkədə etdiyi paylaşıma görə polis şöbəsinə dəvət olunub. O, sosial şəbəkədə polisə qarşı xoşagəlməz ifadələr işlədib. Bu səbəbdən polis şöbəsinə dəvət olunub, lakin çağırışa tabe olmayıb və polisin işinə maneçilik yaradıb.
R.Nağıyev bildirib ki, paylaşımı qanun pozuntusu deyil, sadəcə yanlış başa düşülüb. O, əməlindən peşman olduğunu, anasının xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu qeyd edib və məhkəmədən güzəşt olunmasını xahiş edib.
Məhkəmənin qərraına əsasən, R.Nağıyev 200 manat məbləğində cərimə edilib.
Şəbnəm Mehdizadə