- 15:37
Paytaxtın Səbail rayonu Fəvvarələr meydanında yüksək səslə nalayiq ifadələr işlədən şəxs cəzalandırılıb.
E-huquq.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayon sakini Əli Cavadov (şərti ad-soyad) 31 dekabr 2025-ci il tarixdə saat 21:15 radələrində Səbail rayonu Fəvvarələr meydanında sərxş vəziyyətdə yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub.
Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Məhkəmənin qərarına əsasən, o, 75 manat məbləğində cərimə edilib.
Şəbnəm Mehdizadə