Yeni il günü kafedə dava saldı - Həbs olundu


  • 14:05

Balakəndə bayram günü kafedə dava salan şəxs həbs olunub.

E-huquq.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Balakən rayonu, Mahamalar kəndi sakini Murad Məmmədov (şərti ad-soyad) 31 dekabr 2025-ci ildə Yeni il şənliyinə dostu ilə qatılıb, kafedə spirtli içki qəbul edib. Atəşfəşanlıq bitdikdən sonra Balakən şəhərində Ramil adlı şəxsin kafesində pivə içib, spirtli içkinin təsiri altında kafedə mübahisə edib və uca səslə nalayiq ifadələr işlədib. Ərazidə xidmət aparan polis əməkdaşları onları polis şöbəsinə dəvət edib. Lakin Murad səs-küy salmağa davam edib. Polis onu polis şöbəsinə gətirdikdən sonra da spirtli təsir altında inzibati binada uca səslə nalayiq ifadələr işlədib və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarı ilə M.Məmmədov 10 gün müddətə inzibati həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər