Pensiya düzəltmək adı ilə dələduzluq edən şəxs azadlığa buraxıldı


  • 14:44

Abşeronda pensiya düzəlmək adı ilə dələlduz etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb.

E-huquq.az-ın məlumatına görə, 1965-ci il təvəllüdlü Zakir Dadaşov (şərti ad-soyad) bir neçə vətəndaşa özünü Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti kimi təqdim edərək onları əlilliyə görə əmək pensiyası ilə təmin edəcəyinə dair yalan vəd verib. Bu yolla ümumilikdə 14 000 manat pul vəsaitini ələ keçirib.

Şikayətlər əsasında o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətində cəlb olunub. Barəsində həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, Z.Dadaşov daha öncə də Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib və 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Apellyasiya məhkəməsinin qərarı ilə bu cəza 11 ay 26 günədək azaldılıb. Lakin məhkumluğu ödənilməyib və ya qanunla müəyyən olunmuş qaydada götürülməyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və nəticə etibarilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəlki və hazırkı işlər üzrə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər nəzərə alınaraq, ümumilikdə 11 ay 6 gün müddət ona təyin olunmuş cəzadan çıxılıb. Bununla da, onun üzərində qəti olaraq 1 il 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb Z.Dadaşov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o dərhal məhkəmə iclas zalından azad edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər