Bakıda arvadının qətlində ittiham olunan Əfqanıstan vətəndaşına hökm oxundu


  • 16:33

Bakıda həyat yoldaşını qətlə yetirməkdə və tanışını yaralamaqda təqsirləndirilən Əfqanıstan Respublikası vətəndaşı Samandar Səfayinin cinayət isi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda tərəflər arasında barışıq əldə edildiyi bildirilib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Samandar Səfayi 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,hadisə 2025-ci il iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qəsəbə sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanıstan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər