Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldıldı


  • 17:59

Bu gün Ali Məhkəmədə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Məlikməmməd Qurbanovun cəzası 6 ay azaldılıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Prokurorluq hökmdən apellyasiya protesti vermişdi.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest qismən təmin edilmişdi və hökm dəyişdirilərək ona 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdu.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Məlikməmməd Qurbanovun işlədiyi dövrdə dövlətə ümumilikdə 25 milyon 436 min manat ziyan dəyib. Pullar bölgü əsasında paylanılıb. Cinayət işində M.Qurbanova 542 min 438 manat çatdığı müəyyələşdirilib və həmin pul tam olaraq dövlətə ödənilib.

Humay Eminqızı

Oxşar xəbərlər