- 12:33
Abşeronda adam bıçaqlamaqda təqsirləndirilən Nihad Əliyevin (şərti ad-soyad) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilib və apellyasiya şikayətinin baxılmasına xitam verilib.
İttihama görə, N.Əliyev 07 fevral 2025-ci il tarixində, saat 22 radələrində, Abşeron rayonu, Masazır qəsəbəsində, "Yeni Bakı" yaşayış kompleksinin yaxınlığında, tanışı Tərlanla mübahisə edib. Mübahisənin səbəbi Tərlanın "Tik-Tok" sosial şəbəkəsində onun bacısı Nigarla danışması olub. Nihad bundan çox hiddətlənib və Tərlanı cəzalandırmaq qərarına gəlib. Bu vaxt, üzərindəki bıçaqla qəsdən Tərlanın döş qəfəsinə 4 zərbə endirib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə