Məhkəmə aliment borcunu ödəmədiyinə görə həbs olunan şəxsi azad etdi


  • 11:36

Sumqayıtda aliment borcunu ödəməydiyinə görə həbs olunan İlkin Babayevin (şərti ad-soyad) barəsindəki qərardan verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, İ.Babayevin vəkili apellyasiya şikayəti verərək tələbkara icra sənədi üzrə ödənişlərin edildiyini bildirib və Sumqayıt Şəhər Məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib. Həmçinin aliment borcunun tam ödənilməsi səbəbindən iş üzrə icraata xitam verilməsini və şəxsin həbsdən azad olunmasını tələb edib.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ləğv edilib. İ.Babayev inzibati məsuliyyətdən azad edilib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər