- 12:23
Sertifikatsız stomatoloji iş və fəaliyyətlə məşğul olmaqda günahlandırılan "AQS Dental Center" klinikasının cərimələnməsinə dair məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən "AQS Dental Center” klinikası barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərraına əsasən, "AQS Dental Center" klinikası 6000 manat məbləğində inzibati cərimə edilib.
Şəbnəm Mehdizadə