- 12:26
Bakıda aliment borcunu ödəməyən ata cərimə olunub.
E-huquq.az-ın məlumatına görə, 1982-ci il təvəllüdlü Məhəmməd Məmmədov (şərti ads-oyad) İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.
Məlum olub ki, M.Məmmədovun 15 yaşlı oğlunun saxlanması üçün hər ay 235 manat məbləğində aliment ödənilməsi müəyyən edilib.Məhəmməd bu günədək cəmi 290 manat aliment ödəyib və hazırda onun 3000 manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur.
M.Məmmədov məhkəmə günü aliment borcundan 500 manat ödəniş etdiyini bildirib Həmçinin qeyd edib ki, aylıq gəliri 600 manatdır, lakin bu məbləğin böyük hissəsi gündəlik yol xərclərinə sərf olunur və ona yalnız 200-300 manat qalır. Hazırda valideynlərinin maddi dəstəyi ilə dolanır. O, həmçinin qeyd edib ki, bu günədək ailəsinin saxlanılması üçün təxminən 1000 manat xərcləsə də, həmin məbləğin yalnız 290 manatını rəsmi qaydada köçürüb. Məhəmməd deyib ki, tələbkardan rəsmi olaraq ayrılsa da, faktiki olaraq eyni ünvanda yaşayır və birgə təsərrüfat aparırlar. Uşağın gündəlik qida xərclərini və kommunal ödənişləri əsasən özü ödəyir.
Məhkəmənin qərarına əsasən, M.Məmmədov 500 manat məbləğində inzibati qaydada cərimə edilib.
Şəbnəm Mehdizadə