- 12:26
Xəbər verdiyimiz kimi, şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi və bu hüquqların pozulmasından irəli gələn zərərin kompensasiyası ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı qəbul edilib.
E-huquq.az xəbər verir ki, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev həmin qərarı şərh edib.
O bildirib ki, xeyli zəhmət və zamanın sərf olunduğu bu qərar şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi və bu hüquqların pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası ilə əlaqədar yaranan mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, habelə bu sahədə hüququn inkişafına öz mühüm töhvəsini verəcək.
S.Hacıyev qeyd edib ki, qərarda əhatə olunmuş şəxsiyyət hüquqları aşağıdakılardır:
Şəxsiyyət hüquqları:
- Yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüququ;
- Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi hüququ;
Şəxsi toxunulmazlıq hüququ:
- Şəxsi yazışmaların toxunulmazlığı hüququ;
- Ad, səs və təsvirin müdafiəsi hüququ;
- Unudulmaq hüququ;
- Azadlıq hüququ;
- Mənzil toxunulmazlığı hüququ;
- Sağlam ətraf mühitdə yaşamaq hüququ;
Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları:
- Ər-arvadın şəxsiyyət hüquqları;
- Valideynlərin şəxsiyyət hüquqları;
- Uşaqların şəxsiyyət hüquqları;
Əmək münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları
İstehlak münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları və digər
S.Hacıyev deyib ki, bununla yanaşı, qərarda aşağıdakı məsələləri də geniş izah verilib:
- Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin hüquqi əsasları;
- Mənəvi zərərin mahiyyəti və ümumi əsasları;
- Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulları;
- Mənəvi zərərin həcminin müəyyən edilməsi meyarları;
- Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələbləri üzrə iddia müddəti və digər məsələlər
Kollegiya sədrinin sözlərinə görə, bu qərarın həcmi nəzərə alınaraq, mərhələli şəkildə qərarda əks olunmuş şəxsiyyət hüquqlarının müdafiəsinin xüsusiyyətləri ayrı-ayrı postlarda diqqətinizə tıqdim olunacaq.