Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti Ali Məhkəmədə olub


  • 18:11

2026-cı il yanvarın 15-də ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Qonaqları salamlayan Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun əhəmiyyətindən danışaraq, mediasiyanın mübahisələrin səmərəli, çevik və əlçatan şəkildə həllində mühüm rol oynadığını bildirib. Görüşdə mediasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin və qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib, Türk Dünyası Mediatorlar Birliyi ilə əlaqələrin inkişafının bu baxımdan əhəmiyyəti vurğulanıb. Eyni zamanda Ali Məhkəmənin fəaliyyəti, ölkəmizin məhkəmə sistemindəki yeniliklər barədə qonaqlara ətraflı məlumat verilib.

Yakup Erikeli səmimi qəbula görə təşəkkür edərək, rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və türk dünyası ölkələri arasında mediasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Mediasiya sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Oxşar xəbərlər