Məhkəmələrdə işləmək istəyənlərin nəzərinə!


  • 15:43

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 79 məhkəmədə 345 vakant inzibati vəzifənin (böyük məsləhətçi, məsləhətçi, məsləhətçi - kompüter proqramçısı, məsləhətçi - tərcüməsi, hakimin köməkçisi və məhkəmə iclasının katibi) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.

Bu barədə e-huquq.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Əlavə olaraq qeyd edilib ki, məhkəmə iclasının katibi vəzifəsi üzrə vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsində hüquqşünaslıq ixtisası ilə yanaşı, filologiya (dil və ədəbiyyat göstərilməklə), fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika, kitabşünaslıq, tarix, politologiya, psixologiya, sosiologiya, regionşünaslıq (regionlar üzrə), beynəlxalq münasibətlər, kitabxanaçılıq və informasiya, dövlət və ictimai münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, sosial iş ixtisasları üzrə ali təhsil ixtisasları da daxil edilib.

Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 16 fevral 2026-cı il tarixi, saat 18:00-dək davam edəcək.

Oxşar xəbərlər