- 16 Yanvar 16:56
Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəməNin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədirliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Ş.Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Şahlar Ağayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif etmişdi.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqla qətlə yetirməkdə təqsirləndirilib.
Humay Eminqızı