Cənubi Koreyanın keçmiş baş naziri 23 il həbs cəzasına məhkum edildi


  • 12:17

Birinci instansiya məhkəməsi Koreya Respublikasının keçmiş baş naziri Han Dok Sunu 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar konstitusiya quruluşuna qarşı çevriliş işi üzrə 23 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

E-huquq.az xəbər verir ki, bu barədə “YTN” telekanalı məlumat yayıb.

Han Dok Su çevrilişdə əsas fiqur kimi iştirak etməkdə, keçmiş prezident Yun Sok Yola kömək etməkdə ittiham olunurdu. Prokurorluq onun üçün 15 il həbs cəzası tələb etmişdi.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Yun Sok Yol konstitusiyaya zidd olaraq hərbi vəziyyət elan etdi və buna görə sonradan hakimiyyətdən uzaqlaşdırıldı. Han Dok Su o vaxt Koreya Respublikasının baş naziri, daha sonra isə prezidentin səlahiyyətlərini icra edirdi.

Humay Eminqızı

Oxşar xəbərlər