Məhkəmə sədrinin oğlu arvadını bıçaqladı - Sonra özünü binadan atdı


  • 26 Yanvar 22:14

Bakıda kişi həyat yoldaşını bıçaqladıqdan sonra intihar edib.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əlizadə Emil Abbas oğıu həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra yaşadığı binadan özünü ataraq intihar edib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin qısqanclıq zəmnində baş verdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Emil Əlizadə Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

Oxşar xəbərlər