Tanışını beşbarmaqla vuran şəxsə elektron qolbaq taxıldı


  • 16:02

Salyanda tanışına xəsarət yetirməkdə təqsirləndirilən İbrahim Tağıyevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Salyan Rayon Məhkəməsində Adil Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Tağıyev Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il il 9 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

ittihama görə, 2006-cı il təvəlüdlü İ.Tağıyev 30 oktyabr 2025-ci ildə Salyan şəhərində "Sizin" marketinin qarşısında tanışları ilə qarşılaşıb. Oradan ayrıldıqdan sonra təxminən 20-30 dəqiqə sonra geri dönüb. Qayıtdıqda Samir adlı şəxsin onun arxasınca xoşagəlməz ifadələr işlətdiyini eşidib və onlar arasında mübahisə yaranıb. İbrahim Samiri marketin arxasına keçməyə çağırıb, orada ona bir neçə yumruq və dirsək zərbələri endirərək onu yerə yıxıb. O, üzərində olan beşbarmaqla zərərçəkmişin üz və bədən nahiyələrinə zərbələr endirib. Bu zərbələr nəticəsində Samirin alt çənəsi sınıb və digər xəsarətlər alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər