Məzmuna keç

Məhkəmə DTX tərəfindən saxlanılan sabiq icra başçısı ilə bağlı qərar verdi

Bu gün Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilb və M.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Mahir Quliyev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.