“Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur”.
E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclis (MM) plenar iclasında MM Sədrinin I müavini, parlament Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, hazırda Ali Məhkəmədə 9 hakim statı boşdur:
“Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb".
