Məzmuna keç

Azərbaycanda inzibati və kommersiya məhkəmələrinə yeni hakimlər təyin olundu

"Ölkəmizdə yeni – cari ilin yanvar ayından fəaliyyətə başlamış inzibati və kommersiya məhkəmələrinin tərkibinin bu sahələrdə xüsusi biliklərə malik şəxslərlə komplektləşdirilməsinə ehtiyac duyulur".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin Birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında yeni hakimlərin təyin edilməsi ilə bağlı çıxışında deyib. O qeyd edib ki, apelyasiya instansiyası məhkəmələrində qeyd edilən sahədə xüsusi təcrübəyə malik aşağıdakı hakimlərin ərizələri nəzərə alınmaqla həmin məhkəmələrə keçirilməsi üçün tutduqları vəzifələrdən azad olunması təklif olunur:

Əhmədov İlham Bayram oğlu – Bakı Apelyasiya Məhkəməsinin hakimi

Abbasov Fehruz Novruz oğlu – Şirvan Apelyasiya Məhkəməsinin hakimi

Hüseynov Mübariz Rahil oğlu – Şəki Apelyasiya Məhkəməsinin hakimi

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.